Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 10% azalıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 10% azalıb Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 269,642 milyon manat təşkil edib.
Maliyyə
248
12 Noyabr , 2020 11:59
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 10% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 269,642 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 9,2% azalaraq 825,697 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7,4% azalaraq 2 298,323 milyon manat, aksizlər üzrə daxilolmalar 47% azalaraq 115,277 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 17,1% azalaraq 30,346 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi