Azərbaycanda geniş mənada pul kütləsi 7 %-dən çox artıb

Maliyyə
  • 28 iyun, 2025
  • 10:02
Azərbaycanda geniş mənada pul kütləsi 7 %-dən çox artıb

Bu il iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 306 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,3 %, ilin əvvəli ilə müqayisədə 3,9 %, ötən ilin eyni dövrünə nisbətən 7,7 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 35 milyard 768,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,9 % çox, ilin əvvəli ilə müqayisədə 2,4 % az, ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 28 milyard 351,5 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 4,4 % az, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur.

İyunun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 16 milyard 177,3 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 2 %, ötən ilin eyni dövrünə nisbətən 4,8 % çoxdur.