Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 32 %-ə yaxın artıb

Maliyyə
  • 28 iyun, 2025
  • 15:35
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 32 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əmlak sığortası üzrə 89,353 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 17,547 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 31,5 % çoxdur.

5 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 19,6 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 15,9 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 719,353 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,75 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 314,788 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,5 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,7 manat olub.

44 filmi