Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 23 % artıb

Maliyyə
  • 25 aprel, 2024
  • 12:43
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 23 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası üzrə 52,448 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 7,295 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 23,4 % çoxdur.

3 ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 13,9 manatı ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 11,5 manat olub.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 373,14 milyon manat sığorta haqqı toplanılıb. bu, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153,327 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 49,9 % çoxdur.

Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29,5 manat olub.

44 filmi