Azərbaycanda əmlak sığortası bazarı 8 % böyüyüb
- 21 yanvar, 2022
- 08:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda əmlak sığortası üzrə 158,632 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur.
Hesabat dövründə bu qeyri-həyat sığortası üzrə ödənişlərin məbləği 24,180 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 19,3 % azdır.
İl ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 15,2 manatı ödəniş edilib. 2020-ci ildə bu göstərici 20,4 manat olub.
Qeyd edək ki, ötən il Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 843,897 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2020-ci ilə nisbətən 15,8 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 458,726 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 1,4 % azdır.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,4 manatı ödəniş edilib. Əvvəlki ildə bu göstərici 63,8 manat olub.