Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 22 %-dən çox artıb
Maliyyə
- 15 may, 2024
- 06:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin aprelin 1-ə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 %-dən çox artaraq 17,4 milyon ədəd olub.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində deyib.
O bildirib ki, cari ilin birinci rübündə kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərinin həcmi 80 %-dən çox artaraq 16 milyard manatı keçib.
"Olkədaxili kart ödənişlərinin nağdsız dövriyyənin xüsusi çəkisi ötən illə müqayisədə 11 %-ə yaxın artaraq 62 faizə bərabər olub" - R. Orucov əlavə edib.
Son xəbərlər
21:22
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Region
21:16
Foto
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Biznes
21:04
Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq yardım paketi ayıracaq
Digər ölkələr
20:57
Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib
Digər ölkələr
20:56
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
Futbol
20:54
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
20:49
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region
20:30
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Hadisə