Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği açıqlanıb

Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği açıqlanıb Bu il yanvarın 1-nə Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği 4 milyard manatı keçib.
Maliyyə
30 Yanvar , 2023 16:49
Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği açıqlanıb

Bu il yanvarın 1-nə Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği 4 milyard manatı keçib.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.

Nazir qeyd edib ki, 2022-ci ildə Azərbaycanda əsas strateji məqsədlərdən biri kimi yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, 1 iyul 2018-ci illə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği 3,4 milyard manat artırılaraq 2023-cü ilin əvvəlinə 4,2 milyard manata çatdırılıb, bu dövr ərzində dövriyyədə olan dövlət qiymətli kağızlarının ÜDM-ə nisbəti 1 %-dən 3,1 %-ə qədər artırılıb. “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq olunduğu dövrdə yalnız qısa (1 illik) və ortamüddətli (2 illik və 3 illik) dövlət qiymətli kağızları yerləşdirildiyi halda, son dövrdə daha uzunmüddətli, yəni dövriyyə müddəti 5 və hətta 7 illik dövlət istiqrazlarının yerləşdirilməsi təmin edilmiş və bununla da dövlət istiqrazları üzrə orta geri ödəniş müddəti Strategiyanın icrası dövründə əhəmiyyətli dərəcədə artırılıb. Bununla yanaşı, yeni institusional və korporativ investorların, habelə fiziki şəxslərin cəlb edilməsi ilə dövlət istiqrazlarının investor bazası genişləndirilib.

Son xəbərlər

Orphus sistemi