Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin məbləği 1,2 milyard manatı keçib

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin məbləği 1,2 milyard manatı keçib Bu il aprelin 1-nə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 1,2 milyard manatı keçib.
Maliyyə
9 Aprel , 2019 15:13
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin məbləği 1,2 milyard manatı keçib

Bu il aprelin 1-nə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 1,2 milyard manatı keçib.

“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

“26 mindən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub. Bu kreditlərin 380,3 milyon manatdan çox hissəsini (7 854 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə, 2006-2019-cu illərdə (1 aprel 2019-cu il tarixinə qədər) Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67,9%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 19,5%-i isə regionlarda verilib.

Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə nəzər saldıqda, son illər ərzində bu sahədə kifayət qədər müsbət dinamikanın baş verməsini görmək olar. Belə ki, 2017-ci ildə Fondun xətti ilə 3 109 nəfər ailəyə 203 milyon manat məbləğində, 2018-ci ildə isə 3 960 ailəyə 273 milyon manat məbləğində ipoteka krediti verilib. 2019-cu ilin yanvar-mart ayları ərzində isə artıq 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 milyon manat) mənzil əldə edib.

Bundan başqa, Fond Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə satışa çıxarılan güzəştli mənzillərin ipoteka kreditləri vasitəsilə satışını da dəstəkləyir. Təkcə 2019-cu ilin yanvar-mart aylarında Fondun xətti ilə 122 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün, ümumilikdə, 5,3 milyon manat məbləğində ipoteka krediti verilib. Ümumilikdə, 1 aprel 2019-cu il tarixinə Agentliyin sərəncamında olan güzəştli mənzillərin maliyyələşdirilməsi üçün verilən ipoteka kreditlərinin məbləği 15,4 milyon manat (353 ədəd) təşkil edib”, - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi