Azərbaycanda 29 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycanda 29 sığorta agentinin lisenziyası ləğv edilib Azərbaycan Mərkəzi Bankı (AMB) 29 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
Maliyyə
7 Oktyabr , 2022 10:46
Azərbaycanda 29 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

Bu barədə "Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar oktyabrın 5-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, onlardan 1-nin lisenziyası könüllü müraciət əsasında, 28-nin lisenziyası isə onun qüvvəsinin dayandırılmasına əsas vermiş hallarının müəyyən edilmiş müddətdə aradan qaldırılmaması səbəbi ilə ləğv edilib.

Son xəbərlər

Orphus sistemi