Azərbaycanda bərə daşımaları üzrə tariflər optimallaşdırılacaq

Azərbaycanda bərə daşımaları üzrə tariflər optimallaşdırılacaq Rauf Vəliyev: "Tariflərin aşağı salınması üçün xərclərin də azaldılması zəruridir"
Maliyyə
221
20 Noyabr , 2015 21:42
Azərbaycanda bərə daşımaları üzrə tariflər optimallaşdırılacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ " “Xəzər Dəniz Gəmiçiliyi” QSC bərə daşımaları tariflərinin optimallaşdırılması üzərində işləyir. Yüklər müasir və təhlükəsiz şəkildə çatdırılmalıdır. Çünki tariflərin aşağı salınması üçün xərclərin də azaldılması zəruridir. Bunun isə mənfi təsirləri ola bilər".

“Report” xəbər verir ki, bunu QSC-nin sədri Rauf Vəliyev bildirib.

R. Vəliyev deyib ki, logistika mərkəzinin inşa edildiyi Aktau liman şəhərinə yükdaşımalar həyata keçirmək istəyən sahibkarlara 6-12 ay ərzində daha aşağı tariflər təklif edilə bilər. Bununla belə, o, qeyd edib ki, bu cür tariflərin uzunmüddətli tətbiq edilməsi mənfəətli olmaz.

Cəmiyyət sədri bərələrin Azərbaycana qayıdarkən yüklənməsi məsələsinin önəmini də izah edib.

“Məsələn, biz Türkmənbaşı limanına 9,6 min tam yüklənmiş vaqon göndəririksə, geriyə 9,5 min ton tam yüklənmiş vaqonlar qayıdır. Aktau istiqamətində isə 3,6 min tam yüklənmiş vaqon göndərdiyimiz halda, geriyə 2,5 min vaqon gəlmiş olur”, - deyə o qeyd edib.

R. Vəliyev əlavə edib ki, ümumilikdə bu il cəmiyyətin bərə daşımaları 50% azalıb. Hazırda cəmiyyətin gəlirinin 60%-nin neft-qaz layihələrinə xidmət sahəsində təmin olunduğunu açıqlayan sədr, əlavə edib ki, gəlirlərin 40%-i bərə daşımaları hesabına əldə edilir.

O bildirib ki, “Xəzər Dəniz Gəmiçiliyi"nin balansında 13 bərə olmaqla 288 gəmi var.

Sonda gəmiçilik qurumunun sədri azərbaycanlı sahibkarları bərə yükdaşımaları zamanı cəmiyyətin xidmətlərindən fəal şəkildə istifadə etməyə dəvət edib.

Son xəbərlər

Orphus sistemi