Azərbaycanda auditorların şəxsi elektron kabineti olacaq

Azərbaycanda auditorların şəxsi elektron kabineti olacaq Bakı. 13 oktyabr. REPORT.AZ/ Auditorlar Palatası üzvü olan auditorlar üçün “Auditorun şəxsi kabineti” adlı elektron portal istifadəyə verməyə hazırlaşır.
Maliyyə
13 Oktyabr , 2018 12:19
Azərbaycanda auditorların şəxsi elektron kabineti olacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Auditorlar Palatası üzvü olan auditorlar üçün “Auditorun şəxsi kabineti” adlı elektron portal istifadəyə verməyə hazırlaşır.

Bu barədə "Report"a Auditorlar Palatasının İnnovasiyaların tətbiqi idarəsinin rəisi Elnur İbrahimov məlumat verib.

“Bu ilin may ayından bu elektron portal üzərində iş gedir. Çalışacağıq ki, bu ilin sonuna qədər bu işi yekunlaşdıraq, portalı istifadəyə verək”, - deyə o qeyd edib.

E.İbrahimovun sözlərinə görə, elektron portal auditorların işini xeyli asanlaşdıracaq: “Hazırda auditorlar bəzi hesabatları Auditorlar Palatasında əllə təqdim edir. “Auditorun şəxsi kabineti” elektron portalı istifadəyə verildikdən sonra buna ehtiyac olmayacaq. Onları şəxsi kabinetə daxil olmaqla, “ASAN İmza” və yaxud “Elektron İmza”dan istifadə etməklə həmin hesabatları Palataya təqdim edə biləcəklər.

Bundan başqa, Auditorlar Palatanın lisenziya əsasında hazırladığı bəzi qanunvericilik aktları var ki, onlar dərc olunmur. Bunların da əksəriyyəti tərcümələrdir və Palatanın internet səhifəsində ingilis dilində yerləşdirilib, Azərbaycan dilində yerləşdirmək hüququnu isə hələ ki, əldə etməmişik. Amma auditorlar üçün həmin tərcümələr elektron portalda yerləşdiriləcək və onlar bu tərcümələrdən şəxsi kabinetə daxil olmaqla istifadə edə biləcəklər”. 

Son xəbərlər

Orphus sistemi