Azərbaycanda auditdən yayınmaya görə inzibati məsuliyyət gücləndirilə bilər

Azərbaycanda auditdən yayınmaya görə inzibati məsuliyyət gücləndirilə bilər Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Maliyyə
4 Aprel , 2022 18:04
Azərbaycanda auditdən yayınmaya görə inzibati məsuliyyət gücləndirilə bilər

Azərbaycanda qanunvericiliyə uyğun olaraq auditdən yayınmaya görə inzibati məsuliyyət gücləndirilə bilər.

"Report" xəbər verir ki, bu məsələ bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclasında müzakirə edilib.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda bir sıra məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.

- “Qanunvericilikdə nəzərdə tutulmuş auditdən yayınmaya görə inzibati məsuliyyətin gücləndirilməsinə dair” təkliflər;

- 2021-ci il üzrə auditor təşkilatlarının və sərbəst auditorların hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması;

- “Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanmasının auditinə dair Metododik Göstəriş”in hazırlanması;

- Uçot və hesabatın tərtib olunması proseslərinin avtomatlaşdırılması sahəsində strategiya;

- Auditorlar Palatasının Keyfiyyətə nəzarət üzrə Apellyasiya Komissiyasının iclasının protokolunun müzakirəsi.

Son xəbərlər

Orphus sistemi