Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətt ilə büdcəyə 5 833,2 milyon manat vergi daxil olub, proqnoza 123,7 % əməl edilib.
"Report" quruma istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 % və yaxud 690,1 milyon manat artıb.
Cari ilin 8 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 4 264 milyon manat olub, proqnoza 117,7 % əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 639,9 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11 % və ya 421,8 milyon manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 % artaraq 3 milyard 264 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 623,8 milyon manat olmaqla, proqnoz 117,2 % icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 5,2 % artıb.
Ödənilən vergilərin 73,1 %-i qeyri-neft-qaz sektorunun, 26,9 %-i neft-qaz sektorunun payına düşüb.