Azərbaycan və Türkiyə maliyyə innovasiyaları layihələri həyata keçirə bilər

Azərbaycan və Türkiyə maliyyə innovasiyaları layihələri həyata keçirə bilər Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti fevralın 7-8-də Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub.
Maliyyə
10 Fevral , 2022 11:19
Azərbaycan və Türkiyə maliyyə innovasiyaları layihələri həyata keçirə bilər

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti fevralın 7-8-də Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub.

Bu barədə "Report"a AMB-dən bildirilib.

Məlumatda deyilir ki, səfər çərçivəsində Türkiyə Mərkəzi Bankının (TMB) nəzdindəki İstanbul Mərkəzi Bankçılıq Araşdırma və Təlim Mərkəzi, Türkiyə Banklar Birliyi Təlim Mərkəzi, Türk Sığorta İnstitutu Fondu, Kapital Bazarı Lisenziyalaşdırma, Reyestr və Təlim Agentliyində müxtəlif görüşlər keçirilib.

Görüşlərdə Türkiyənin maliyyə sektorunda təlim və inkişaf məsələləri, maliyyə bazarlarında peşə və kvalifikasiya standartlarının tətbiqi üzrə geniş fikir mübadiləsi aparılıb, sözügedən istiqamətlərdə Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi perspektivləri və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

TMB-nin sədr müavini Emrah Şenerlə görüşdə iki ölkənin mərkəzi banklarının əməkdaşlığı yüksək qiymətləndirilib, gələcəkdə bunun daha da genişləndirilməsi və intensivləşdirilməsi planları, xüsusilə maliyyə innovasiyaları sahəsində birgə araşdırma layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi