Azərbaycan və Rusiyanın Hesablama Palataları arasında videokonfrans keçirilib

Azərbaycan və Rusiyanın Hesablama Palataları arasında videokonfrans keçirilib Azərbaycan və Rusiyanın Hesablama Palataları nümayəndələri arasında videokonfrans formatında “Dövlət auditində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda ikitərəfli seminar keçirilib.
Maliyyə
17 Aprel , 2019 17:22
Azərbaycan və Rusiyanın Hesablama Palataları arasında videokonfrans keçirilib

Azərbaycan və Rusiyanın Hesablama Palataları nümayəndələri arasında videokonfrans formatında “Dövlət auditində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda ikitərəfli seminar keçirilib.

Palatadan “Report”a verilən məlumata görə, tədbirdə həmçinin Rusiyanın 60-a yaxın regional hesablama palatasının təmsilçiləri də müşahidəçi statusunda iştirak edib.

Videokonfransda aşağıdakı məsələlər üzrə müzakirələr aparılıb:

- Kənar dövlət auditi prosesinin avtomatlaşdırılması;

- Dövlət auditinin informasiya sisteminin yaradılması;

- Audit prosesində, o cümlədən məlumat bazasının işlənib-hazırlanmasında məlumat-texniki vasitələrinin tətbiq edilməsi.

Hesablama Palatasını videokonfransda İcmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova, Dövlət büdcəsi gəlirlərinin Auditi şöbəsinin müdiri Cavid Bayramov, Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynov təmsil ediblər. Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynov öz təqdimatı zamanı Hesablama Palatasında dövlət auditində informasiya sisteminin yaradılması prosesi haqqında ətraflı məlumat verib.

Videokonfrans formatında keçirilən seminarın sonunda qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qeyd edilən mövzu üzrə tərəflər arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib. 

Son xəbərlər

Orphus sistemi