Azərbaycan və Pakistan investisiyaların təşviqini müzakirə edib
- 31 may, 2023
- 10:25
Azərbaycan və Pakistan qarşılıqlı ticarət və investisiyaların təşviqini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
"Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud vəziyyətini müzakirə etdik. Qarşılıqlı ticarət və investisiyaların təşviqinin, energetika, tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladıq", - nazir qeyd edib.
Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə Azərbaycan-#Pakistan #iqtisadi əlaqələrinin mövcud vəziyyətini müzakirə etdik. Qarşılıqlı #ticarət və #investisiya-ların təşviqinin, #energetika, tranzit-logistika və #sənaye sahələrində əməkdaşlığın… pic.twitter.com/n89FlhBZ0k
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 31, 2023