Azərbaycan və İsrail yeni nəsil ödəniş vasitələri sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İsrail yeni nəsil ödəniş vasitələri sahəsində əməkdaşlığı müzakirə edib Maliyyə Nazirliyində ölkəmizdə səfərdə olan İsrailin maliyyə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Maliyyə
25 Aprel , 2022 17:19
Azərbaycan və İsrail yeni nəsil ödəniş vasitələri sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İsrail arasında iqtisadi-maliyyə, kiber təhlükəsizlik, yeni hesablaşma sistemləri və yeni nəsil ödəniş vasitələri, dövlət maliyyəsinin idarə edilməsi, qabaqcıl təcrübə və texnologiyalar sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

"Report" xəbər verir ki, müzakirələr Maliyyə Nazirliyində ölkəmizdə səfərdə olan İsrailin maliyyə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

Bildirilir ki, görüşdə Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Nazir Samir Şərifov israilli həmkarını İsrailin bir neçə gün əvvəl Asiya İnkişaf Bankına üzv qəbul olunması münasibətilə təbrik edib, digər sahələrdə olduğu kimi dövlətlərarası beynəlxalq maliyyə təşkilatları çərçivəsində də Azərbaycan və İsrailin qarşılıqlı fəaliyyətinin genişlənəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Aviqdor Liberman İsrailin Asiya İnkişaf Bankına üzv qəbul edilməsində Azərbaycan tərəfinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi