Azərbaycan və EBRD maliyyə sektoru üzrə strategiyanı müzakirə edib

Azərbaycan və EBRD maliyyə sektoru üzrə strategiyanı müzakirə edib Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsi üzrə əmə kdaşlıq müzakirə edilib.
Maliyyə
4 İyul , 2023 18:04
Azərbaycan və EBRD maliyyə sektoru üzrə strategiyanı müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında, qurumun 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tviter hesabında bildirib.

"EBRD-nin Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə EBRD-nin Qafqaz üzrə yeni regional direktoru təyin olunmuş Alkis Vrienios Drakinos və Azərbaycan üzrə Ofisinin rəhbəri Nataly Muravidze təqdim edildi, EBRD-nin Azərbaycandakı fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Eyni zamanda əməkdaşlığımızın cari vəziyyətini və perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi