Azərbaycan və Bolqarıstan vergi sahəsində təcrübə mübadiləsini aparıb

Azərbaycan və Bolqarıstan vergi sahəsində təcrübə mübadiləsini aparıb ​​​​​​​Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılacaq
Biznes
27 Dekabr , 2024 14:19
Azərbaycan və Bolqarıstan vergi sahəsində təcrübə mübadiləsini aparıb

Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılıb.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata görə, bu məqsədilə DVX-nın Vergi ombudsmanı xidməti baş idarəsi, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi, Hüquq baş idarəsi, Vergi ödəyicilərinə xidmət baş idarəsi, İnzibati şikayətlərə baxılması baş idarəsi və digər strukturların əməkdaşlarından ibarət nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər ediblər.

Səfər çərçivəsində Bolqarıstanın Milli Gəlirlər Agentliyinin rəhbər vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlər zamanı DVX-nin nümayəndə heyəti tərəfindən milli təcrübə ilə bağlı təqdimatlar edilib. Təqdimatlarda Azərbaycan vergi administrasiyasının təqdim etdiyi xidmətlər, vergi ödəyicilərinin məmnuniyyət səviyyəsinin müəyyənləşdirilməsi, xidmətlərin qiymətləndirilməsi və keyfiyyət səviyyəsinin artırılması metodları, bu sahədə əsas fəaliyyət göstəriciləri və faktiki göstəricilərin uyğunluğunun yoxlanılması mexanizmləri barədə məlumat verilib. DVX-də müştəriyönümlülük prinsiplərinin tətbiqi, istifadəçi təcrübəsi laboratoriyasının (UX-laboratoriya) fəaliyyəti, yaradılmaqda olan proaktiv və situativ xidmətlər barədə məlumatlar Bolqarıstanlı həmkarların diqqətinə çatdırılıb.

Bundan başqa, DVX əməkdaşları Milli Gəlirlər Agentliyinin “Iztok” xidmət mərkəzi ilə tanış olublar. Məhkəmə və məhkəməyə qədər mübahisələrin həlli, inzibati şikayətlərə baxılması, vergi ödəyicilərinə xidmət, kameral vergi yoxlamaları və digər sahələrdə təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər Azərbaycan və Bolqarıstan vergi xidmətləri arasında yeni yaradılmış işçi qrupunun fəaliyyəti çərçivəsində baş tutub.

Son xəbərlər

Orphus sistemi