Bu gün Bakıda Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyətləri arasında “Azərbaycan: Ölkə üzrə Diaqnostik Tədqiqat (Country Diagnostic Study – CDS)” təhlilinin ilkin müzakirəsi aparılıb.
"Report" bu barədə
Məlumata görə, ADB-nin Bilik İdarəetməsi və Dayanıqlı İnkişaf üzrə vitse-prezidenti Bambang Susantononun rəhbərlik etdiyi nümayəndə heyətinin və Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Maliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Energetika Nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Neft Fondunun, Maliyyə Bazarlarına Nəzarət və Hesablama Palatalarının, Dövlət Gömrük, Dövlət Statistika Komitələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüşdə Bank tərəfindən “Azərbaycan: Ölkə üzrə Diaqnostik Tədqiqat” sənədinin təqdimatı keçirilib.
“Azərbaycan: Ölkə üzrə Diaqnostik Tədqiqat”ı hökumət tərəfdaşlarının müzakirələri və şərhləri nəzərə alınmaqla, inkluziv artım və iqtisadi şaxələndirmə üçün maneə və məhdudiyyətlərin müəyyənləşdirilərək təhlil edilməsini özündə ehtiva edir.
Çıxış edənlər ADB-in bu kimi təhlillərlə Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək aidiyəti üzrə rəy və təkliflərini Bankın nümayəndə heyətinin diqqətinə çatdırıblar.
ADB-in nümayəndə heyəti isə, öz növbəsində, inkluziv artım və iqtisadi şaxələndirmə üçün müəyyən olunmuş maneə və məhdudiyyətlərin daha dərindən təhlil edilərək onların aradan qaldırılması istiqamətində atılacaq addımların müəyyən olunması istiqamətində fikir və təkliflərini veriblər.
Bu gün həmçinin Maliyyə naziri
1966-cı ildə təsis edilmiş ADB-nin əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. ADB-yə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippinin paytaxtı Manilada yerləşir.