Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 52 678,7 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 86 %-i və yaxud 45 306,8 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 14 %-i və yaxud 7 371,9 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 278,2 milyon dollar və yaxud 0,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 42,8 milyon dollar və yaxud 0,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 235,4 milyon dollar və yaxud 3,3 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 118,5 milyon dollar və yaxud 4,2 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 201,9 milyon dollar və yaxud 2,7 %, AMB-nin valyuta ehtiyatları isə 916,6 milyon dollar və yaxud 14,2 % artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.07.2022 |
45 306,8 |
7 371,9 |
52 678,7 |
01.04.2022 |
45 264,0 |
7 136,5 |
52 400,5 |
01.01.2022 |
45 025,1 |
7 075,4 |
52 100,5 |
01.10.2021 |
44 226,4 |
7 033,8 |
51 260,2 |
01.07.2021 |
44 104,9 |
6 455,3 |
50 560,2 |