Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 3 % artırıb
- 21 oktyabr, 2021
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 51 260,2 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 86,3%-i və yaxud 44 226,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,7%-i və yaxud 7 033,8 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 700 milyon dollar və yaxud 1,4% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 121,5 milyon dollar və yaxud 0,3%, AMB-nin valyuta ehtiyatlarında isə 578,5 milyon dollar və yaxud 9% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 480,2 milyon dollar və yaxud 3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 937,8 milyon dollar və yaxud 2,2%, AMB-nin valyuta ehtiyatları isə 542,4 milyon dollar və yaxud 8,4% artım nümayiş etdirib.
| ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
| 01.10.2021 | 44 226,4 | 7 033,8 | 51 260,2 |
| 01.07.2021 | 44 104,9 | 6 455,3 | 50 560,2 |
| 01.04.2021 | 42 761,3 | 6 356,2 | 49 117,5 |
| 01.01.2021 | 43 564,3 | 6 369,4 | 49 933,7 |
| 01.10.2020 | 43 288,6 | 6 491,4 | 49 780,0 |