“Azərbaycan Sənaye Sığorta” şirkətinin səhmdarları növbədənkənar yığışacaq
- 27 noyabr, 2021
- 05:53
Dekabrın 29-u, saat 11:00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli kçəsi, 122 (Gümüş Plaza) ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2022-ci il üzrə büdcə planının müzakirəsi və digər məsələlər daxildir.
Qeyd edək ki, "Azərbaycan Sənaye Sığorta" şirkəti 2020-ci ili 1,997 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2019-cu illə müqayisədə 2,6 dəfə çoxdur.
Ötən il ASS-nin gəlirləri 9,252 milyon manat (əvvəlki ilə nisbətən 35,2% çox), xərcləri 6,756 milyon manat (15,2% çox), mənfəət vergisi ödəmələri isə 499 min manat (2,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə şirkətin aktivləri 21,125 milyon manat olub ki, bu da illik müqayisədə 14,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 14,7 % artaraq 7,085 milyon manata, balans kapitalı isə 14,1 % artaraq 14,04 milyon manata çatıb.
Xatırladaq ki, “Azərbaycan Sənaye Sığorta” şirkəti 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95 %-i “Anadolu İnvestment Company” MMC-yə, 5 %-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.