“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 57 % azalıb
- 26 yanvar, 2022
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2021-ci ili 2,229 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 57% və yaxud 2,3 dəfə azdır.
Ötən il ASB-nin gəlirləri 32,821 milyon manat (əvvəlki illə müqayisədə 12,8% az), xərcləri 29,982 milyon manat (5,6% az), xüsusi ehtiyatlara ayırmaları 13 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 598 min manat (56,2% az) təşkil edib.
Bu il yanvarın 1-nə ASB-nin aktivləri 812,561 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,9% azdır. Bunun 237,611 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 23,6% kiçilib.
Hesabat dövründə ASB-nin öhdəlikləri 12,4% azalaraq 707,085 milyon manata, o cümlədən depozit portfeli 19,6% azalaraq 514,382 milyon manata düşüb, balans kapitalı isə 1,3% artaraq 105,477 milyon manata çatıb.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.