Azərbaycan sahibkarları Küveytdə keçiriləcək sərgiyə dəvət olunublar

Azərbaycan sahibkarları Küveytdə keçiriləcək sərgiyə dəvət olunublar Bakı. 24 aprel. REPORT.AZ/ Bu il sentyabrın 26-28-də Əl-Küveyt şəhərində Kənd Təsərrüfatı, Balıqçılıq, Ərzaq və Texnologiya üzrə EXPO beynəlxalq sərgisi təşkil ediləcək.
Maliyyə
24 Aprel , 2018 10:09
Azərbaycan sahibkarları Küveytdə keçiriləcək sərgiyə dəvət olunublar

Bakı. 24 aprel. REPORT.AZ/ Bu il sentyabrın 26-28-də Əl-Küveyt şəhərində "Kənd Təsərrüfatı, Balıqçılıq, Ərzaq və Texnologiya üzrə EXPO" beynəlxalq sərgisi təşkil ediləcək.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, Azərbaycanın kənd təsərrüfatı və balıqçılıq təsərrüfatı ilə məşğul olan şirkətləri sözügedən sərgidə iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi