ARDNF-nin gəlirləri və xərcləri ilə bağlı proqnozlar artırılır

ARDNF-nin gəlirləri və xərcləri ilə bağlı proqnozlar artırılır İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 2 milyard 036 milyon manat və ya 16,9 % artaraq 14 milyard 109,2 milyon manat məbləğində nəzərdə tutulur.
Maliyyə
25 May , 2024 00:13
ARDNF-nin gəlirləri və xərcləri ilə bağlı proqnozlar artırılır

İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 2 milyard 036 milyon manat və ya 16,9 % artaraq 14 milyard 109,2 milyon manat məbləğində nəzərdə tutulur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Fondun büdcəsinin xərcləri 12 milyard 866,7 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 4,7 milyon manat çoxdur.

Son xəbərlər

Orphus sistemi