Azərbaycan Rusiyadan taxta-şalban idxalını 21 % azaldıb

Maliyyə
  • 02 fevral, 2024
  • 05:53
Azərbaycan Rusiyadan taxta-şalban idxalını 21 % azaldıb

2023-cü ildə Azərbaycan Rusiyadan 516 min kubmetr taxta-şalban idxal edib ki, bu da 2022-ci illə müqayisədə 21,2 % azdır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə meşə uçotu və meşə idarəçiliyi vəzifələrinin kompleks həllində ixtisaslamış ümumrusiya təşkilatı “Roslesinforq” məlumat yayıb.

Məlumata görə, bununla da, Azərbaycan Rusiyadan taxta-şalban idxal edən ölkələr arasında 4-cü pillədə qərarlaşıb.

Ötən il Rusiyanın ümumi taxta-şalban ixracı əvvəlki ilə nisbətən 10 % azalaraq 20,7 milyon kubmetrə düşüb. Hesabat dövründə Rusiyadan taxta-şalban idxal edən əsas ölkə Çin (13,08 milyon kubmetr; illik müqayisədə dəyişməyib) olub. Onu Özbəkistan (2 milyon kubmetr; 5,3 % çox), Qazaxıstan (926 min kubmetr; 17,7 % çox), Tacikistan (482 min kubmetr; 6,7 % çox), Qırğızıstan (417 min kubmetr;36 % çox), İran (392 min kubmetr; dəyişməyib), Cənubi Koreya (340 min kubmetr; 28%), Yaponiya (337 min kubmer; 22,7 % az) və Hon-Konq (283 min kubmetr;16 % çox) izləyib.

44 filmi