Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 27 % artıb

Maliyyə
  • 01 avqust, 2024
  • 12:18
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 27 % artıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 765,7 milyon ABŞ dolları təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,2 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,3 %, son 1 ildə isə 27,3 % artıb.