Azərbaycan Mərkəzi Bankının yeni sədri kollektivə təqdim olunub

Azərbaycan Mərkəzi Bankının yeni sədri kollektivə təqdim olunub Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Azərbaycan Mərkəzi Bankının (AMB) yeni sədri təyin edilmiş Taleh Kazımov kollektivə təqdim olunub.
Maliyyə
14 Aprel , 2022 12:06
Azərbaycan Mərkəzi Bankının yeni sədri kollektivə təqdim olunub
Taleh Kazımov

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Azərbaycan Mərkəzi Bankının (AMB) yeni sədri təyin edilmiş Taleh Kazımov kollektivə təqdim olunub.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, onu kollektivə dövlət başçısının köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təqdim edib.

T.Kazımov ona göstərilən yüksək etimada görə təşəkkür edib, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi, aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir vətəndaşın keyfiyyətli maliyyə, o cümlədən bank, kapilal bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi