Azərbaycan Mərkəzi Bankının sədri: “Çalışırıq ki, bütün əməliyyatlar müəyyən edilmiş faiz dəhlizinə uyğun olsun”

Azərbaycan Mərkəzi Bankının sədri: “Çalışırıq ki, bütün əməliyyatlar müəyyən edilmiş faiz dəhlizinə uyğun olsun” “Son vaxtlar Azərbaycanda uçot dərəcəsi ilə əmanətlərin sığortalanması faizi arasında böyük fərq yaranmışdı. Buna görə də Maliyyə Sabitliyi Şurası Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna faizləri azaltmağı tövsiyə etdi”.
Maliyyə
26 İyul , 2019 15:37
Azərbaycan Mərkəzi Bankının sədri: “Çalışırıq ki, bütün əməliyyatlar müəyyən edilmiş faiz dəhlizinə uyğun olsun”

“Son vaxtlar Azərbaycanda uçot dərəcəsi ilə əmanətlərin sığortalanması faizi arasında böyük fərq yaranmışdı. Buna görə də Maliyyə Sabitliyi Şurası Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna faizləri azaltmağı tövsiyə etdi”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib.

O, bu barədə ölkədə əmanətlərini sığortalanma faizinin azaldılmasına (milli valyuta əmanətlərində 15%-dən 10%-ə, xarici valyuta əmanətlərində 3%-dən 2,5%-ə) münasibət bildirərkən danışıb.

“AMB çalışır ki, bazarda aparılan bütün əməliyyatlar müəyyən edilmiş faiz dəhlizinə uyğun olsun. Hazırda ölkədə biznes kreditlərinin illik faiz dərəcələri uçot dərəcəsinin yuxarı həddinin üstündə olsa da, bu həddə yaxınlaşmaqdadır. İstehlak kreditlərinə gəlincə, banklar bu kreditləri, adətən, təminatsız verir və üzərlərinə risk götürürlər. Ona görə də bu sahədə faizlər bir qədər yüksək ola bilər”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi