Azərbaycan Mərkəzi Bankının inzibati binalarında təmir işləri aparılacaq

Azərbaycan Mərkəzi Bankının inzibati binalarında təmir işləri aparılacaq Azərbaycan Mərkəzi Bankı (AMB) inzibati binalarında təmir işlərinin aparılması ilə bağlı açıq tender elan edib.
Maliyyə
2 May , 2023 12:07
Azərbaycan Mərkəzi Bankının inzibati binalarında təmir işləri aparılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) inzibati binalarında təmir işlərinin aparılması ilə bağlı açıq tender elan edib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar tender təklifini və onun bank təminatını iyunun 5-i, saat 18:00-a qədər, digər sənədləri isə mayın 25-i, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.

Tenderin nəticəsi iyunun 6-da, saat 15:00-da portalda açıqlanacaq. İşlər satınalma müqaviləsi imzalandığı gündən etibarən ən geci 90 gün ərzində yekunlaşmalıdır.

Son xəbərlər

Orphus sistemi