Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının həcmi azalır

Maliyyə
  • 25 aprel, 2019
  • 06:23
Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının həcmi azalır
Report

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə 874,37 milyon manatlıq notu var.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu rəqəm aprelin 18-də 908,78 milyon manat, aprelin 4-də isə 983,33 milyon manat təşkil edib.

Başqa sözlə, dövriyyədə olan notların həcmi azalmaqdadır. Əvəzində qiymətli kağızların illik gəlirliliyi artmaqdadır. Belə ki, bu günə sözügedən göstərici 8,91%-dir. Bu rəqəm aprelin 18-dı 8,8%, aprelin 4-də isə 7,01% təşkil edib.