Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub Azərbaycan Mərkəzi Bankının sədrinin ofisinə yeni direktor təyin edilib.
Maliyyə
13 Oktyabr , 2021 14:54
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının sədrinin ofisinə yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu, Namiq Nağdəliyevdir.

O, bu vəzifədə ötən il Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri təyin olunmuş Adışirin Qasımovu əvəz edib. 

N.Sahib oğlu Nağdəliyev 1982-ci ildə Bakı şəhərində anadan olub, 2012-ci ildə “Keçid iqtisadiyyatı ölkələrində İnflyasiyanın hədəflənməsi rejiminin nəzəri əsasları və Azərbaycan Respublikasında tətbiq edilməsi perspektivləri” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

O, 2011-ci ildə ABŞ-ın Kolumbiya Universitetində doktorantura tədqiqatı aparıb, 2013-2014-cü illərdə Johns Hopkins Universitetində postdoktorantura pilləsi üzrə akademik təhsil alıb, “Keçid iqtisadiyyatı ölkələrində institusional və iqtisadi islahatların idarəedilməsi” üzrə tədqiqat işi aparıb, 2020-ci ilin may-dekabr aylarında Harvard Universitetində “Dövlət Siyasətinin həyata keçirilməsi” istiqaməti üzrə xüsusi təhsil alıb.

N.Nağdəliyev əmək fəaliyyətinə 2001-ci ildən başlayıb, kommersiya banklarında, İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar ETİ-da çalışıb, 2008-ci ildə AMB-nin Pul siyasəti departamentinə işə qəbul olunub və orada Pul və Məzənnə Siyasəti şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib, 2018-2021-ci illər ərzində Vaşinqton şəhərində Dünya Bankının İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.

Evlidir, 1 övladı var.

Son xəbərlər

Orphus sistemi