Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Maliyyə
  • 16 sentyabr, 2022
  • 07:00
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 4 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı oktyabrın 28-də ictimaiyyətə açıqlanacaq.

44 filmi