Azərbaycan Mərkəzi Bankı investisiya mülkiyyəti əldə edib

Azərbaycan Mərkəzi Bankı investisiya mülkiyyəti əldə edib Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankı (AMB) 38,495 milyon manat dəyərində investisiya mülkiyyətinə malik olub.
Maliyyə
22 May , 2024 12:00
Azərbaycan Mərkəzi Bankı investisiya mülkiyyəti əldə edib

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankı (AMB) 38,495 milyon manat dəyərində investisiya mülkiyyətinə malik olub.

"Report" bu barədə AMB-nin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, söhbət Quba Olimpiya İdman Kompleksindən gedir. İnvestisiya mülkiyyəti yığılmış amortizasiya və ehtiyac yaranarsa, dəyərsizləşmə üzrə zərər çıxılmaqla ilkin dəyərlə uçota alınır. Rəhbərlik təxmin edir ki, Kompleksin ədalətli dəyəri onun balans dəyərinə yaxındır.

24 avqust 2023-cü il tarixində AMB ilə Gənclər və İdman Nazirliyinin tabeliyində qurum olan “AzəridmanServis” MMC (Şirkət) arasında bir illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, Şirkət Kompleksdən müxtəlif idman tədbirləri və yarışlarının keçirilməsi, habelə nizamnaməsinə əsasən icazə verilən digər məqsədlər üçün istifadə edə bilər. Müqaviləyə əsasən AMB icarəyə verən qismində çıxış edir və Şirkət əldə etdiyi mənfəətin 50%-ni AMB-yə ödəməlidir.

Son xəbərlər

Orphus sistemi