Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" ödəniş terminallarının sahibi olan “Modenis” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.
Xatırladaq ki, AMB bundan əvvəl “A-Solutions" və "United Payment" MMC-lərə elektron pul təşkilatı, “Token Azərbaycan” MMC-yə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 4-ə çatıb.