Azərbaycan Mərkəzi Bankı 2025-ci ilədək iqtisadi artımın sürətlənəcəyini gözləyir
Maliyyə
- 01 noyabr, 2023
- 12:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə ümumi daxili məhsulun (ÜDM) 1,5 %, 2024-cü ildə 3,5 %, 2025-ci ildə isə 4 % artacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"O cümlədən qeyri-neft ÜDM-nin 2023-cü ildə 3 %, 2024-cü ildə 6 %, 2025-ci ildə 5,5 % artacağı gözlənilir", - deyə o qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 90 milyard 812,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çox ÜDM istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 3 % artıb.
Son xəbərlər
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika