Azərbaycan Mərkəzi Bankı 100 mln. manat vəsait cəlb edib

Maliyyə
  • 21 avqust, 2017
  • 07:40
Azərbaycan Mərkəzi Bankı 100 mln. manat vəsait cəlb edib
Report

Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manat cəlb edilib. Amma tələb bundan 6,5 dəfə çox – 649,8 mln. manat olub.

Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.