Azərbaycan manatının nominal və real effektiv məzənnələri bir qədər də artıb

Azərbaycan manatının nominal və real effektiv məzənnələri bir qədər də artıb Bu ilin aprel ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 73,3 bənd təşkil edib.
Maliyyə
7 İyun , 2019 14:28
Azərbaycan manatının nominal və real effektiv məzənnələri bir qədər də artıb

Bu ilin aprel ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 73,3 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mart ayının yekunu ilə müqayisədə 0,9 bənd, ilin əvvəli ilə müqayisədə 0,7 bənd, ötən ilin aprel ayının yekununa nisbətən isə 7,9 bənd çoxdur.

Bu il aprelin 1-nə manatın real effektiv məzənnəsi isə 100,3 bənd təşkil edib. Bu isə aylıq və ilin əvvəli ilə müqayisədə 0,7 bənd, illik müqayisədə isə 8,1 bənd çoxdur. 

Son xəbərlər

Orphus sistemi