2026-cı ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşunda 3,8 %, ortamüddətli dövrdə isə orta hesabla 3,7 % artım proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyi əsas kapitala investisiyaları proqnozlaşdıran zaman neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozlarını, dövlət büdcəsinin əsaslı xərcləri üzrə Maliyyə Nazirliyinin proqnozlarını, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri üzrı investisiyaları, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 % artması hədəfini, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin və şəffaflığının yüksəldilməsini, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsini nəzərə alıb.