Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 10 %-ə yaxın artıb

Maliyyə
  • 11 noyabr, 2026
  • 11:02
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 10 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 2,3 % artaraq 11 milyard 37,7 milyon manat təşkil edib.