Azərbaycan iqtisadiyyatı ötən il 5 %-ə yaxın böyüyüb

Azərbaycan iqtisadiyyatı ötən il 5 %-ə yaxın böyüyüb 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Maliyyə
17 Yanvar , 2023 14:20
Azərbaycan iqtisadiyyatı ötən il 5 %-ə yaxın böyüyüb

2022-ci ildə Azərbaycanda 133,8 milyard manatlıq və yaxud 2021-ci illə müqayisədə 4,6 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 9,1 % artıb.

ÜDM istehsalının 51,1 %-i sənaye, 8,2 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 %-i tikinti, 1,6 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 %-i informasiya və rabitə sahələrinin, 14,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,4 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 43,4 % artaraq 13 292 manat olub.

Son xəbərlər

Orphus sistemi