Azərbaycan IMF ilə birgə fəaliyyətin müxtəlif istiqamətlərini müzakirə edib
Azərbaycan IMF ilə birgə fəaliyyətin müxtəlif istiqamətlərini müzakirə edib İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətilə birgə fəaliyyətin müxtəlif istiqamətlərini və nəticələrini müzakirə edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətilə birgə fəaliyyətin müxtəlif istiqamətlərini və nəticələrini müzakirə edib.
"Report" xəbər verir ki, bunu M. Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə Azərbaycanın makroiqtisadi göstəriciləri və biznes sahəsində islahatların nəticələri, iqtisadi diversifikasiyanın dəstəklənməsi istiqamətində təşəbbüslər, vergi inzibatçılığı sahəsində nəzərdə tutulan islahatlar nəzərdən keçirilib.
Beynəlxalq Valyuta Fondunun (@IMFNews) #Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətilə müzakirələr zamanı birgə fəaliyyətin müxtəlif istiqamətlərini və nəticələrini nəzərdən keçirdik: