Bakı. 3 iyul. REPORT.AZ/ İyulun 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. Bu barədə "Report"a AİF-in mətbuat xidmətindən məlumat verilib. İstiqrazlar 101,45% qiyməti ilə satışa çıxarılacaq.
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.
İstiqrazların ödənmə tarixi 2024-cü il 21 noyabrdır. Qurum təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəyini istiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilatın Azərbaycan Mərkəzi Bankı olacağını açıqlayıb.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitar və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Xatırladaq ki,
Qurum bu istiqrazların yerləşdirilməsinə bu ilin yanvarın 13-də başlanıldığını və hərraca bu günədək 21 mln. manat həcmində istiqraz yerləşdirildiyini açıqlayıb.