Azərbaycan Hindistanda “Canlı Qucarat 2019” Zirvə Görüşündə təmsil olunub

Azərbaycan Hindistanda “Canlı Qucarat 2019” Zirvə Görüşündə təmsil olunub Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 18-20-də Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilib.
Maliyyə
21 Yanvar , 2019 09:46
Azərbaycan Hindistanda “Canlı Qucarat 2019” Zirvə Görüşündə təmsil olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 18-20-də Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, 2003-cü ildən təşkil olunan və artıq 9-cu dəfədir ki, keçirilən tədbirin əsas məqsədi Hindistanın iqtisadi potensialının təbliği, investisiya qoyuluşu üzrə müzakirələrin aparılmasıdır. 

Zirvə Görüşü çərçivəsində ticarət, maliyyə, enerji, nəqliyyat və İKT sahələrində seminarlar və dəyirmi masalar təşkil edilib. 

Hindistanın Baş naziri Narendra Modinin, digər ölkələrdən yüksək səviyyəli rəsmilərin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.

Tədbir çərçivəsində S. Məmmədov Qucarat ştatının Baş nazirinin müavini Nitin Patel ilə görüşüb. S. Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər və ardıcıl islahatlar, ölkəmizin əlverişli biznes və investisiya mühiti, tranzit potensialı barədə məlumat verib, əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi