Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəliri açıqlayıb
- 21 avqust, 2024
- 07:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından əldə etdiyi gəlirlər 2 milyard 187,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur.
O cümlədən, yanvar-iyun aylarında hava nəqliyyatı ilə yük daşınmasından 1 milyard 287,9 milyon manat (27,9 % çox) gəlir əldə edilib. Bunun əsas hissəsi – 1 milyard 287,2 milyon manatı (27,9 % çox) beynəlxalq yük daşımalarının, 0,7 milyon manatı (13,2 % çox) isə daxili yük daşımalarının payına düşüb.
Hesabat dövründə sərnişin daşınmasından əldə olunan gəlir isə 899,7 milyon manat (41,1 % çox) olub. Bunun əsas hissəsi - 871,4 milyon manatı (42,1 % çox) beynəlxalq sərnişin daşımalarının, 28,3 milyon manatı (16,4 % çox) isə ölkədaxili sərnişin daşımalarının payına düşüb.
6 ay ərzində hava nəqliyyatı ilə 209,8 min ton yük (23,8 % çox), 1 milyon 814,3 min nəfər sərnişin (47,1 % çox) daşınıb.