Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlirlər açıqlanıb

İnfrastruktur
  • 03 iyun, 2024
  • 12:59
Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlirlər açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın hava nəqliyyatından yük və sərnişin daşımalarından əldə etdiyi gəlirlər 1 milyard 011 milyon 663,8 min manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2023-cü ilin I rübü ilə müqayisədə bu gəlirlərin həcmi 21,4 % artıb.

Bundan başqa, hava nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlir 614 milyon 247,5 min manat (17,1 % çox) olub. Eyni zamanda, bu gəlirlərin əsas hissəsi beynəlxalq yük daşımalarından 613 milyon 917,5 min manat (17,1 % çox), qalan hissəsi isə 330 min manat daxili (8,7 % çox) yüklərin payına düşüb.

Sərnişin daşınmasından əldə olunan gəlir 397 milyon 416,3 min manat (39,6 % çox) olub. Eyni zamanda, gəlirlərin əsası beynəlxalq sərnişindaşımaların - 386 milyon 372,2 min manat (40,8 % çox) payına düşüb. Ölkədaxili sərnişindaşımalar 11 milyon 044,1 min manat (5,9 % çox) təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə yükdaşımalarının həcmi 102,5 min ton (22,6 % çox), sərnişindaşımaların həcmi isə 812,1 min nəfər (50,7 % çox) olub.