Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 6 %-dən çox azaldıb

Biznes
  • 21 iyun, 2024
  • 11:09
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 6 %-dən çox azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 43,462 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 % azdır.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,2 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 1 milyard 30,072 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,8 % azdır.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (217,241 milyon ABŞ dolları; 0,9 % az), Türkiyə (153,609 milyon ABŞ dolları; 0,6 % çox), Çin (100,473 milyon ABŞ dolları; 43 % az) və Ermənistan (55,905 milyon ABŞ dolları; 13,2 % az) olub.

44 - Tezliklə