Azərbaycan əhalisinin banklarda olan əmanətləri 13 %-dən çox artıb
- 30 noyabr, 2024
- 07:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il noyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 022,1 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,4 % az, ilin əvvəlinə nisbətən 0,2 %, illik müqayisədə isə 5,8 % çoxdur.
Bunun 53,3 %-i, yaxud 19 milyard 732,5 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 3,7 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 13,5 % artaraq 14 milyard 266 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 56,7 % artaraq 3 milyard 023,6 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 21 milyard 159,9 milyon manatı (il ərzində 7,2 % azalıb) qısamüddətli, 15 milyard 862,2 milyon manatı (30,1 % artıb) isə uzunmüddətli olub.
Ölkədə 22 bank fəaliyyət göstərir.