Azərbaycan əhalisinin banklara rubl satışı 10% azalıb

Azərbaycan əhalisinin banklara rubl satışı 10% azalıb Ötən ilin 11 ayında əhali banklara 9 mlrd. rubla yaxın vəsait satıb
Maliyyə
20 Yanvar , 2017 11:57
Azərbaycan əhalisinin banklara rubl satışı 10% azalıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin noyabr ayında kommersiya banklarına xalis rubl satışı 768 337,7 min təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, əhali ötən ilin ilk 11 ayında kommersiya banklarına ümumilikdə 8 525 270,3 min rubl xalis satış həyata keçirib. Oktyabrda əhalinin xalis rubl satışı 849 135,6 min olub. Bununla da noyabr ayında əhalinin kommersiya banklarına xalis rubl satışı oktyabr ayı ilə müqayisədə 9,5% azalıb.

Əvvəlki ilin noyabr ayında isə kommersiya banklarının əhalidən xalis rubl alışı 527 785 min təşkil edib.

"Report"un analitik qrupu qeyd edir ki, əhalinin xalis rubl satışının azalmasına əsas səbəb kimi turizm mövsümünün bitməsi amili göstərilir.

Son xəbərlər

Orphus sistemi